Region
Türkiyədə əməliyyatlar təxirə salınır: qan çatışmazlığı var
Türkiyədə qan ehtiyatı kritik həddən aşağı düşüb, cərrahlar əməliyyatları təxirə salıblar.
Publika.az xəbər verir ki, bu barədə "Aydınlık" qəzeti yazıb.
Türkiyə Qızıl Aypara Cəmiyyəti (Qızılay) qan ehtiyatının kritik həddən aşağı düşdüyünü və qan çatışmazlığının bəzi ürək əməliyyatlarına mane olduğunu bildirərək, vətəndaşları donor olmağa çağırıb.
Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin prezidenti, professor Kürşat Bozkurt deyib ki, bir sıra əməliyyatlar təxirə salınmalıdır.
“Biz bloklanmışıq. Müəyyən əməliyyatları həyata keçirə bilmirik”, - deyə həkim bildirib. O, deyib ki, Türkiyənin 3 şəhərində əməliyyatların ən azı 20-30 %-nin təxirə salınıb.
Bozkurt vurğulayıb ki, xüsusilə İzmirdəki özəl xəstəxanalarda problem böyükdür.
“Bəzi yerlərdə əməliyyatlar dayanıb” deyən Bozkurt Ankara xəstəxanalarında da ciddi problemlərin yarandığını bildirib. Damar Cərrahiyyəsi Dərnəyi hesab edir ki, Kızılay problemlə mübarizə aparmaq üçün strategiyasını dəyişməlidir.
Ayşən
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat











.jpg)

.jpg)




















