Region
Britaniya kəşfiyyatı: Rusiya elə bir müdafiə xətti qurub ki...
“Rusiyanın qurduğu müdafiə vasitələri, əslində Ukraynanın əhəmiyyətli dərəcədə irəliləyiş əldə edə biləcəyi reallığının yaratdığı narahatlıqdan xəbər verir. Eyni zamanda, qismən də olsa Ukrayna və NATO-dan “təhlükə” hekayəsinin inkişaf etməsinə xidmət göstərir”.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Departament qeyd edir ki, Rusiya 2022-ci ilin yayından bəri ən böyük hərbi müdafiə strukturlarından birini inşa edib. Hansı ki, bunu uzun illər ərzində dünyanın heç bir ölkəsi etməyib.
“Bu istehkamlar təkcə indiki cəbhə xəttinin yaxınlığında deyil, həm də hazırda Rusiyanın nəzarətində olan ərazilərin dərinliklərində yerləşir”.

Görüntülərdən məlum olur ki, Rusiya işğal olunmuş Krımın şimal sərhədini möhkəmləndirmək üçün xüsusi səylər göstərib. O cümlədən Medvedevka kəndi yaxınlığında çoxqatlı müdafiə zonasından istifadə edib.
Rusiya həmçinin beynəlxalq səviyyədə tanınmış Rusiya ərazisində, o cümlədən Belqorod və Kursk vilayətlərində yüzlərlə kilometr dərinlikdə xəndəklər qazıb.
"Bu müdafiə xətti Rusiya liderinin Ukraynanın böyük irəliləyiş edə biləcəyi ilə bağlı dərin narahatlığından xəbər verir", - icmalda deyilir.
“Lakin bəzi işlər, çox güman ki, yerli komandirlər və mülki liderlər tərəfindən Rusiyanın Ukrayna və NATO tərəfindən “təhdid edildiyi” barədə rəsmi rəvayətləri təbliğ etmək üçün tapşırılıb”, - Britaniya kəşfiyyatı bildirib.
Ayşən
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?








.jpg)








.jpg)


















