Region
Sinan Oğanın saatlar sonra kimi dəstəkləyəcəyi bəlli oldu - Mənbə AÇIQLADI
Türkiyədə ATA blokunun prezidentliyə namizədi Sinan Oğan II turda kimi dəstəkləyəcəyini bu gün saat 17:00-da elan edəcək.
Publika.az xəbər verir ki, S.Oğan hər iki tərəflə - Ərdoğan və Kılıçdaroğlu ilə görüşüb.
“Hüriyyət” qəzeti Oğanın hansı namizədi dəstəkləyəcəyi haqda məlumat əldə edib.
“Əldə etdiyimiz məlumata görə, Sinan Oğan II turda prezident Ərdoğanı dəstəkləyəcək. Bu gün dəstəyini elan edəcək. Eyni zamanda, Kılıçdaroğlunu terror məsələsinə görə dəstəkləməyəcəyini də bildirəcək”, - qəzetin köşə yazarı Abdulkadir Selvi bildirib.
Onun sözlərinə görə, Oğan bu gün təkcə dəstəyini elan etməyəcək, həm də Ərdoğanla müzakirə etdiyi məqamları da açıqlayacaq: “Bura bir neçə məqam daxildir: Konstitusiyanın ilk 4 maddəsinin dəyişdirilməməsi; türk kimliyinin Konstitusiyadan çıxarılması cəhdlərinin qarşısının alınması; bütün terror təşkilatı və terrorizmlə mübarizə aparılması; miqrantların mərhələli şəkildə geri göndərilməsi; iqtisadi siyasətin beynəlxalq bazarlara uyğun hazırlanması və faiz siyasətində çevik addımların atılması”.
Qeyd edək ki, I turda Ərdoğan 49,5 faiz, Kılıçdaroğlu 45 faiz, Sinan Oğan isə 5 faiz səs toplayıb. II turda Ərdoğan və Kılıçdaroğlu yarışacaq. Sinan Oğan namizədlərdən birini dəstəkləyəcək.
Asif
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu









.jpg)
.jpg)
.jpg)
























