Region
Ərdoğan nə qədər səs alacaq? – I turu dəqiq müəyyənləşdirən mərkəzin II tur PROQNOZU
Türkiyə seçicilərinin 54 faizi prezident seçkilərinin mayın 28-də keçiriləcək II turunda Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bu nəticə “Özdəmir” Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusunda ortaya çıxıb.
18-22 may tarixində aparılan rəy sorğusu 6 min respondent arasında keçirilib. Respondentlərin 54,12 faizi Ərdoğanı, 45,88 faizi Kılıçdaroğlunu dəstəkləyib.
“Özdəmir” seçkilərin I turunda səs faizlərini ən dəqiq müəyyən edən araşdırma mərkəzi olaraq yadda qalıb. Mərkəz Ərdoğanı 48,4 faiz, Kılıçdaroğlunun 45,2 faiz səs alacağını açıqlamışdı. I turda ərdoğan 49,52 faiz, Kılıçdaroğlu 44,88 faiz səs aldı.
I turda 5 faiz səs toplayan Sinan Oğanın II turda Ərdoğanı dəstəkləməsi seçkinin nəticələrinə də təsir edəcək. I turda nəticələri doğru proqnozlaşdıran daha bir şirkət – “SONER” Araşdırma Mərkəzinin rəhbəri Hakan Bayrakçı da II turla bağlı proqnozlarını açıqlayıb.
“ATA bloku olaraq baxdıqda, ortada 5,17 faizlik səs var. Sinan Oğan, yaxud Zəfər partiyasının rəhbəri Ümid Özdağ hansı tərəfi seçrsə, bu səslərin getdiyi ünvan çox dəyişməz. Əgər Ümid Özdağ neytral qalarsa, 5,17 faizin 4,1 faizi Ərdoğana gedər. Yəni nəticə çox da dəyişməyəcək. Kılıçdaroğlunun I turda aldığı 45 faiz səs da özünün deyil. Bunun 10 faizi HDP, 25 faizi CHP, 10 faizi İYİ partiyanındır. Səs verənlərin 10 faizi tərəddüd içində olanlar idi. 10 faizi isə mərkəz-sağ seçicisidir. Bu seçicilər II turda səs verməyə də bilər”, - o deyib.
Əsas suallardan biri də II turda seçkiyə qatılanların sayı ilə bağlıdır. H.Bayrakçı hesab edir ki, 28 mayda seçkiyə qatılanların sayı çox da düşməyəcək.
“Milliyyət” qəzetinin köşə yazarı Zəfər Şahin də hesab edir ki, Cümhur İttifaqının seçicilərində özünəinam artıb.
“I turda psixoloji üstünlük Millət İttifaqında idi, indi Cümhur İttifaqındadır. Fikrimcə, onlar II turda seçkiyə daha inamla qatılacaqlar”, - Z.Şahin bildirib.
Asif
-
İdman20:55“Sabah” “Slaviya”ya qarşı - CANLI/YENİLƏNİR
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu









.jpg)
.jpg)
.jpg)
























