Region
Türkiyə kəşfiyyatının yeni şefinin SİRLİ FOTOSU - Xankəndi haqda nə demişdi? - VİDEO
09:17
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qərarı ilə İbrahim Kalın Milli İstihbarat Təşkilatının yeni sədri təyin olundu. Uzun illər MİT-ə rəhbərlik edən və Türkiyənin “sirr küpü” olaraq tanınan Hakan Fidanın xarici işlər nazirliyinə gətirilməsindən sonra İ.Kalının kəşfiyyat şefi olması maraqla qarşılanıb.
Publika.az xəbər verir ki. H.Fidanın xarici işlər naziri təyin olunmasından sonra İ.Kalının "Tvitter" hesabında dəyişdiyi profil fotosu xüsusilə müzakirə mövzusuna çevrilib.
İ.Kalın MİT rəhbəri təyin olunmamışdan bir gün öncə profil fotosuna mavi kətan çiçəyi və yarıqaranlıqda olan görüntüsünü qoyub.
Bu foto onun MİT rəhbərliyinə gələcəyindən xəbərdar olduğu fikirlərini ön plana çıxarıb. Yarıqaranlıq fotosu də arxa plana çəkilməsi kimi şərh edilib.
Mavi kətan çiçəyi qurarlıq və təhlükəli yerlərdə yetişən çiçəkdir. Kalının bu çiçəyi seçməsi təhlükələrə rəğmən, vəzifəsini layiqincə icra edəcəyi mesajnın vermək məqsədi daşıyır.

Hakan Fidana qədər MİT-ə adətən hərbçilər rəhbərlik edib. H.Fidanla dəyişən bu ənənə İ.Kalınla davam edir.
2009-cu ildə Əhməd Davudoğlu xarici işlər naziri təyin edildikdən sonra İ.Kalın Ərdoğanən xarici siyasət üzrə müşaviri postuna gətirilib. O, həmin dövrdən indiyə qədər Ərdoğana ən yaxın şəxslərdən biri olub. Ərdoğan 2014-cü ildə prezident seçiləndən sonra İ.Kalını heç vaxt yanından ayırmayıb. Səfir statusunda olan İ.Kalın həm prezidentin sözçüsü, həm də xarici siyasət üzrə müşavir vəzifəsini icra edib.
Dərin analitik düşüncəyə malik olan İ.Kalın filosofluğu, saz çalması və mahnılar bəstələməsi ilə də tanınır.

Hakan Fidanın XİN-ə, İbrahim Kalının MİT-ə gətirilməsi Türkiyənin “Yeni yüzillik” adlandırdıqları dövrdə regional güc rolunu daha da möhkəmləndirmək və qlobal proseslərdə təsiredici oyunçuya çevrilmək planından xəbər verir.

İ.Kalın Azərbaycana həssas münasibəti ilə seçilən siyasətçilərdəndir. O, 44 günlük Vətən müharibəsində və sonrasında Qarabağla bağlı daim dəstək çıxışları ilə yadda qalıb. Kalın sonuncu dəfə Laçın postunun qurulmasının Azərbaycanın suveren haqqı olduğunu bəyan etmiş, o cümlədən, rəsmi Bakının Qarabağdakı erməni əhalisinin reinteqrasiyası ilə bağlı bəyanatlarının əhəmiyyətindən danışmışdı.
“Azərbaycanın Xankəndi və ətrafında yaşayan ermənilərlə bağlı verdiyi bir çox təminatlar ciddi qəbul olunmalıdır”, - Kalın prosesi belə dəyərləndirir və Azərbaycanın Xankəndi və ətrafında nəzarətin bərpa edilməsi prosesinə Türkiyənin sona qədər dəstək verəcəyinin mesajını çatdırırdı.
Asif
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək









.jpg)





















.jpg)



.jpg)
