Region
Hərbi xidmətlə bağlı yeni qanun qəbul edildi: 6,2 min ödə...
Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, “Mülki Müqavilə”dən olan deputatlar lehinə (61 səs), “Hayastan” fraksiyasının deputatları əleyhinə (27) səs verib, 6 deputat isə bitərəf (“Şərəfim var” fraksiyası) qalıb.
“Mülki Müqavilə”dən olan deputat Hayk Sarkisyanın tərtib etdiyi layihəyə əsasən, hərbi xidmət keçməyən və ölkəni tərk etmiş Ermənistan vətəndaşları 27 ildən sonra Ermənistana qayıda və iki il xidmət etdikləri təqdirdə cinayət təqibindən azad oluna bilərlər.
Digər varianta görə, onlar 15 ay xidmət edib 2,5 milyon dram (6,2 min dollar) və ya müvafiq olaraq 7,5 ay və 5 milyon dram (12,4 min dollar), 1 ay və 10 milyon dram (24,8 min dollar), yaxud xidmət etmək istəməsələr, 15 milyon dram (37 min dollar) ödəməldirilər.
Cinayət təqibi üzrə məhdudiyyət müddəti və bu tələblər adi hərbi xidmətdə olduqda 37 ilə, ehtiyatda olan zabit kimi xidmətdə isə 45 ilə qədərdir.
27 yaşından sonra başqa ölkənin vətəndaşlığını qəbul etmiş Ermənistan vətəndaşları, əvvəllər yerləşdikləri ölkənin ordusunda 12 ay və ya daha çox xidmət ediblərsə, xidmətdən azad edilirlər. Əks halda, onlar 2,5 milyon dram (6,2 min dollar) ödəməklə xidmətdən azad edilirlər.
Tural
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ





































