Region
Gürcüstanda çevriliş, İvanişviliyə qarşı terror: İzlər hara gedib çıxır?
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror aktının hazırlanması və hökuməti devirmək üçün sui-qəsd, habelə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilinin öldürülməsi faktlarını araşdırır.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında deyilir.
Bundan əvvəl “İmedi” telekanalı hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və partiyanın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması barədə məlumat yayıb. Bildirilib ki, məhkəmə bir neçə gündür ki, bu iş üzrə insanları dindirir. Onların əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.
Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanın keçmiş məmurları və Ukraynada yerləşən təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən maliyyələşdirilən cinayətlərin hazırlanması faktlarını araşdırır.
“Bu cinayət əməllərinin məqsədi dövlət hakimiyyətini devirməkdir”, - departamentin bəyanatında deyilir.
Hazırda fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, bir neçə nəfər şahid qismində dindirilib.
Tural
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi






.jpg)

















.jpg)





.jpg)



