ABŞ
Keçmiş hərbçinin edamı canlı yayımlanacaq
ABŞ-da 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən Nidal Malik Həsənin edamı ictimaiyyətə canlı yayımlanacaq.
Publika.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset “Real America’s Voice” telekanalına müsahibəsində Həsənin güllələnmə yolu ilə edam ediləcəyini bildirib. O, ictimaiyyətin edam prosesini izləyə biləcəyini qeyd edib.
ABŞ Ordusunun açıqlamasına görə, edam dekabrın 3-də, yerli vaxtla saat 13:00-da Texas ştatındakı Fort Hud hərbi bazasında həyata keçiriləcək.
Qeyd edək ki, keçmiş hərbi psixiatr Nidal Malik Həsən 2009-cu il noyabrın 5-də Fort Hud bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
ABŞ Prezidenti Donald Tramp bu yaınlarda hökmün icrasını təsdiqləyib. Edam həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk hərbi edam, güllələnmə yolu ilə isə 1945-ci ildən bəri ilk edam olacaq.
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır

































.jpg)

.jpg)