Region
İran XİN-in yeni rəhbəri: Seyid Abbas Əraqçi kimdir?
Xəbər verdiyimiz kimi Seyid Abbas Əraqçi İran Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub. Onun namizədliyi ölkə parlamenti tərəfindən təsdiqlənib.
Publika.az xəbər verir ki, Məsud Pezeşkian prezident seçildikdən sonra Əraqçi onun xarici siyasət məsələləri üzrə müşaviri olub.
İdarənin yeni rəhbəri keçmiş nazir müavini olub və 2015-ci ildə nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.
İran prezidentinin xüsusi nümayəndəsi kimi 2020-ci ilin oktyabrında 44 günlük müharibənin qızğın vaxtında Ermənistan , Rusiya, Azərbaycan və Türkiyəyə səfər edib.
Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir.
Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999-2003) və Yaponiyada (2007-2011) səfir vəzifələrində çalışıb.
Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa26 Avqust 14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman26 Avqust 13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
















.webp)



















.jpg)
.jpg)
