Region
Tehrana KRİTİK MESAJ: "Daha bir fırtına yaxınlaşır"
İranın paytaxtı Tehrandakı Fələstin meydanında ibrani dilində “Daha bir fırtına yaxınlaşır" sözləri yazılmış nəhəng pankart açıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazır.
"İsrailin İrana hücumundan və xarici medianın Tehranın cavab verməmək niyyəti barədə xəbərlərindən bir neçə saat sonra Fələstin meydanında "Daha bir fırtına yaxınlaşır" yazılmış nəhəng pankart asılıb”, - deyə yazıda bildirilir.
Qəzet qeyd edir ki, “fırtına” sözünün guya ərəbcə müharibənin ləqəbinə işarədir. Bu yeni plakat iki gün əvvəl meydanda asılmış əvvəlkini əvəz edib. Köhnə afişada Qəzza zolağında oğurlanmış israillilərlə bağlı ibrani və fars dillərində yazılmışdır: “Qaçırılan heç bir şəxs azad edilməyəcək”.
Qəzet qeyd edib ki, Tehranın mərkəzində yerləşən Fələstin meydanı Fələstin məsələsi ilə bağlı hadisələrin mərkəzi rolunu oynayır.
Oktyabrın 26-na keçən gecə İsrail oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. İsrail ordusunun mətbuat xidməti İranın müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar təşkil etdiyini açıqlayıb. İran beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.
Hüseyn İbadlı
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər
-
Dünya10:30Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi
-
Rəsmi xronika10:27Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi
-
Hadisə09:13Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI
-
Sosial08:30“Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı
-
İdman08:00La Liqa klubunun 16 yaşlı futbolçusu öldü
-
Magazin106:46Həyat yoldaşından Rəvan Qarayevə qadağa




































