Region
Soçidən Kazana qədər... - Rusiyada 200 hədəf vurulacaq - Sensasion detallar
Rusiya-Ukrayna müharibəsi Qərbin Kiyevi uzaqmənzilli raketlərlə təmin etməsi fonunda kəskin mərhələyə keçib.
Publika.az xəbər verir ki, “Bloomberg” nəşri mənbələrə istinadən Böyük Britaniyanın Ukraynaya çoxsaylı “Storm Shadow” (Fırtına kölgəsi) raketlərini göndərdiyini yazır. Bu, Britaniyanın baş naziri Keir Starmerin rəhbərliyi dövründə ilk addımdır.
Nəşr yazır ki, raketlərin çatdırılması bir neçə həftə öncə baş tutub. Anonimlik şərti ilə danışan mənbələr bildirir ki, “Storm Shadow” raketləri Kiyevin uzaqmənzilli mərmi ehtiyatı tükəndikdən sonra verilib. Bu raketlər ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiyadakı hədəfləri vurmaq icazəsi verməmişdən öncə Kiyevə çatdırılıb. Mənbələr raketlərin dəqiq sayını açıqlamadan imtina ediblər.
“The Wall Street Journal” nəşri isə yazır ki, Böyük Britaniyada 822 “Storm Shadow” raketi var. Hərbi ekspertlərə görə, London öz ehiyatlarını tamamilə tükəndirməkdə maraqlı deyil, bu baxımdan, əlindəki raketlərin təxminən 15 faizini (120-130 ədəd) Kiyevə verə bilər.
Rusiya Baş Qərargahı daha öncə Ukraynaya 200-ə qədər raketin verildiyi haqda açıqlama yaymışdı. “Le Monde” nəşri isə 40 döyüş başlığının verilməsindən yazıb. Hesablamalara görə, Ukraynaya 150-ə yaxın qanadlı raket gətirilib.
“WSJ” yazır ki, Birləşmiş Ştatlar və Böyük Britaniya ATACMS və “Storm Shadow” raketlərindən istifadə edilməklə Rusiya dərinliklərində yerləşən 200-ə qədər hədəfi vurmaq haqda razılaşıb. Bu hədəflər Kuzminki, Rostov, Voronej, Soçi, Krım, Kazan və digər böyük şəhərlərdə yerləşir.
“Röyters” agentliyi də hərbi mənbələrdən Rusiyada vurulacaq hədəflərin bir çox böyük şəhərlərin yaxınlığında və daxilində yerləşdiyini təsdiqlədib. Artıq Ağ Ev də Ukraynaya Kurs vilayətində və yaxın ərazilərində hücumlar həyata keçirmək üçün ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəyə icazə verildiyini ilk dəfə təsdiqləyib. Ukrayna ABŞ və digər Qərb ölkələrindən aldığı silahlarla Rusiya ərazisinə hücumlar həyata keçirsə də, indiyə qədər bu, rəsmi şəkildə etiraf edilmirdi. Ağ Evin rəsmi təsdiqi müharibənin Putinin də qeyd etdiyi kimi, “qlobal xarakter” almasından xəbər verir.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































