Region
İrəvanda oğrular görün nə ediblər - Hərbi qəbiristanlıqda...
2 yanvar 2025-ci il tarixində bir qrup şəxs tərəfindən, "Yerablur"da (İrəvanda təpənin başında yerləşən hərbi qəbiristanlıq) dəfn edilmiş iki hərbçinin məzarına valideynləri tərəfindən qoyulmuş güllər oğurlanaraq ədədi 500-dən 1000 erməni dramı məbləğində satılıb.
Publika.az xəbər verir ki, bu, Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin 4-cü Qarnizon İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqda məlum olub.
Bildirilir ki, istintaqa cəlb olunan şəxslərə qarşı cinayət işi başlanıb. İşə nəzarət edən prokurora vəsatətlər verilib. Vəsatətlər təmin edilib və təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.
2025-ci il yanvarın 9-da onlar həbs edilərək prosesi aparan orqana təqdim edilib, bundan sonra təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə vəsatətlər verilib.
Təqsirləndirilən şəxslər barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlardan birinə qarşı inzibati nəzarət tətbiq edilib.
İstintaq davam edir.
Adəm Abbaslı
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO




















.png)

.jpg)














