Region
Ərdoğan müjdə verdi: "Obyektlərin sayı 453 minə çatacaq"
2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində evlərini itirmiş Türkiyə vətəndaşlarının əksəriyyəti artıq yeni mənzillərin açarlarını alıb. Bütövlükdə təbii fəlakət zonasında 300 min yaşayış və ticarət obyekti istifadəyə verilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatya vilayətində 9 mindən çox yeni mənzil və kommersiya obyektinin sahiblərinə təqdim edilməsi mərasimində bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər təbii fəlakət zonasındakı 11 əyalətdə tikilən obyektlərin sayı 453 minə çatacaq.
O, 2023-cü ilin fevralında başvermiş zəlzələlərin 53 min 737 qurbanının ailələrinə və yaxınlarına başsağlığı verib və əmin edib ki, təbii fəlakət zonasında bütün yeni evlər və obyektlər ciddi seysmik davamlılıq tələbləri nəzərə alınmaqla tikilir. “Bu gün evlərini itirmiş təbii fəlakət zonasının hər üç sakinindən ikisi artıq yeni mənzillərinin açarlarını alıb. Bərpa işləri zərərçəkmiş sonuncu vətəndaşımız mənzillə təmin olunana qədər davam etdiriləcək”, - deyə dövlət başçısı bildirib.
Türkiyə Prezidenti terrorla mübarizə mövzusuna da toxunub. “Ankara hadisələrin istənilən inkişafına hazırdır. Biz “Terrorsuz Türkiyə” prosesində qarşıya qoyulan məqsədlərə çatmaqda qərarlıyıq. Terrorçuların himayədarları istədiklərinə nail olmayacaqlar”, - deyə o vurğulayıb.
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi














.webp)






















.png)