Region
Möhürlər dəyişdi: Ermənistan Ağrı dağ iddiasından rəsmən əl çəkdi
Ermənistan öz dövlət rəmzlərini rəhbər tutur və Ermənistan Respublikasının pasportlarına vurulacaq möhür onun dövlətçiliyi ilə bağlı simvolları ifadə etməli olacaq.
Publika.az xəbər verir ki, bunu sentyabrın 15-də Ermənistan Milli Assambleyasında ənənəvi brifinqlərdə hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyasının katibi Artur Hovhannisyan Ermənistan Respublikasına giriş və ya çıxış zamanı sərhədçilərin vurduğu möhürün dəyişdirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Hakimiyyət Türkiyəyə qarşı ərazi iddiası hesab edilən Ağrı dağını sözügedən markadan çıxarmaq qərarına gəlib. Deputatın fikrincə, dövlət rəmzlərində həddindən artıq emosionallıq olmamalıdır. "Qonşularımızla münasibətlərimizdə biz Alma-Ata Bəyannaməsinə arxalanırıq. Niyə? Çünki bizim hər bir hərəkətimiz, istər imza, istərsə də bəyanat şəklində, heç bir halda qonşu ölkələrə təhlükəli mesajlar verməməlidir", - Hovhannisyan bildirib.
Tural
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"







































.png)