Region
Türkiyə Ermənistanla sərhədi minalardan tam təmizlədi
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı və Türkiyə Müdafiə Nazirliyinin birgə həyata keçirdiyi 23,8 milyon dollarlıq üç illik layihə çərçivəsində Türkiyənin şərq sərhədləri boyunca 94 mina sahəsi və 50 min mina təmizlənib.
Publika.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının Türkiyə nümayəndəliyindən verilən məlumata görə, layihə çərçivəsində Ermənistan və İranla sərhəddə 4,2 milyon kvadratmetr ərazi vətəndaşlar və sərhəd xidməti əməkdaşları üçün təhlükəsiz vəziyyətə gətirilib.
Bundan əlavə, ölkədə aktiv olan bütün mina sahələrinin xəritələşdirilməsi başa çatıb.
Bu proqramın həyata keçirilməsi üçün Avropa İttifaqı 21,3 milyon dollar, Türkiyə isə 2,5 milyon dollar ayırıb.
BMT-nin İnkişaf Proqramının nümayəndəsi Louise Vinton qeyd edib ki, minalardan təmizlənmə sərhədçilərin, çobanların və sadə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusilə vacibdir.
Tural
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
Ekologiya13:40Kür geri çəkilir - Nə baş verir?(VİDEO)
-
Magazin213:09Məşhur aktrisa çarpayıda büsqalterlə poza verdi - FOTOLAR
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi
-
Ekologiya11:51Azərbaycanın bu ərazilərinə qar yağdı - FAKTİKİ HAVA
-
ABŞ10:37Trampın qatıldığı tədbirdə atəş açanın əsas hədəfi onlar olub
-
Digər09:32Modidən ABŞ-dakı atışmaya reaksiya: "Xəsarət almadıqlarını öyrənəndə rahat oldum!"







































.png)