Region
Rusiya Azərbaycan, Gürcüstan və Ermənistana təşəkkür etdi
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin qurulmasında göstərdikləri səylərə görə Gürcüstana, eləcə də Azərbaycan və Ermənistandakı həmkarlarına təşəkkür edib.
Publika.az xəbər verir ki, noyabrın 6-na keçən gecə Rusiyadan Ermənistana ilk dəfə taxıl qatarı gəlib (yük Ulyanovsk vilayətindən daşınıb). Qatar Azərbaycan və Gürcüstandan keçib. 30 ildən artıqdır ki, bu marşrutla nəqliyyat həyata keçirilmirdi.
“Mən həmkarlarıma, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryana Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə birgə fəaliyyətinə, eləcə də Gürcüstana bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istəyirəm”, - Overçuk jurnalistlərə bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası ilə Ermənistan arasında dəmir yolu xəttinin açılması Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların, habelə üçtərəfli İşçi Qrupunun səylərinin birbaşa nəticəsidir.
Tural
-
Nida Təhlil 23:20DÇ-2026-nın ilk qolu vuruldu - YENİLƏNİR
-
Avto23:00Sürücülük vəsiqələri müddətsiz verilə bilər? - VİDEO
-
ABŞ22:36Pentaqonda xaos - Təxliyə və karantin səbəbi açıqlandı
-
Magazin122:24Gülay canlı efirdə ağladı - VİDEO
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp






.jpg)


























