Region
İranda su böhranı dərinləşir
İranda su böhranının dərinləşməsi fonunda Tehranda içməli suyun verilişinə məhdudiyyətlər tətbiq edilir.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın bir sıra ərazilərində suyun verilişi gecə saatlarından səhərə qədər tam dayandırılır.
Rəsmi qurumlar hələlik bununla bağlı açıqlama verməsələr də, yerli mənbələr məhdudiyyətlərin bir neçə gündür davam etdiyini bildirirlər.
İran məhkəmə sisteminə bağlı "Mizan" agentliyi də rəsmilərin dəfələrlə təkzib etməsinə baxmayaraq, Tehranda suyun kvota ilə paylanmasına start verildiyini yazıb.
"Həft-e Sobh" qəzeti isə məlumat verib ki, paytaxtın bəzi bölgələrində içməli su gecələr 5-6 saat ərzində xəbərdarlıq edilmədən kəsilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yayılmayıb.
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR


































