Region
Annanın ərini "əfsanə" adlandırması narazılıq yaratdı
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akobyan növbəti dəfə sosial şəbəkələrdə etdiyi paylaşımı ilə yerli medianın gündəminə gəlib.
Publika.az xəbər verir ki, Anna özünün Facebook səhifəsində əri ilə fotosunu paylaşaraq onu əfsanə adlandırıb: "Vazgen və Narek üçün əfsanə Serj Sarkisyan sayılır. Levon və Avetis üçün isə Levon Ter-Petrosyan əfsanədir. Açığı, mən Serji, Roberti və ya onların komandalarını izləmirəm, ona görə də adlarını çəkə, nəsə deyə bilmərəm. Amma əminəm ki, həyat yoldaşım əfsanədir".
O həmçinin qeyd edib ki, bəzi ermənilərin əvvəlki prezidentləri yerli səviyyədə "əfsanə" saymaları ədalətsizlikdir. Çünki onlar bu tərifə layiq deyillər.
Qeyd edək ki, Annanın ermənilərin məğlubiyyət tarixi kimi qeyd etdikləri bir gündə ərini "əfsanə" adlandırması yerli mediada və sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb. Bir çox şərhlərdə və müxalif saytlarda dərc olunan məqalədə bu paylaşım qəsdən atılmış addım kimi qiymətləndirilib.
Tural
-
Yaxın Şərq21:48İran Hörmüz boğazını bağlayır
-
Sosial20:36"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs danışdı / VİDEO
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR


































