Region
Erməni əsgər atası: "Xalqımız heç vaxt bu qədər alçaldılmamışdı..."
8 və 9 noyabr tarixləri Azərbaycanda bayram, qələbə günü kimi qeyd edilir. Bu tarixlər uzun illər Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistanda isə yas, məğlubiyyət günləri kimi qeyd edilir. Hər il bu gün yerli media Yerablur panteonundan canlı yayıma çıxaraq döyüşlərdə məhv edilmiş erməni əsgər və zabitlərin yaxınlarından açıqlamalar alırlar.
Hər dəfə də oxşar, revanşist fikirlər səsləndirilir- "Bizi satdılar!", "Ağır şəkildə məğlub olduq!", "Azərbaycana hücum etməliyik" və s.
Məsələn, 44 günlük müharibədə öldürülmüş əsgərlərdən birinin atası Ermənistanın "24News" kanalına açıqlamasında məğlubiyyətlərinə yeni formada don geyindirib. Guya silah-sursat təchizatı bilərəkdən olmayıb və nəticədə ordu məğlub edilib. O, deyib: "Artıq hamı bilir ki, müharibə zamanı silah təchizatı ilə bağlı problemlər var idi. Dövlət başçısı dövləti və vətəni satmaq qərarına gələndə nə baş verir? Satqınçılıq olmasaydı onlara döyüşmək üçün silah verilməzdimi? Bu adamlar oğlanlarımıza xəyanət etdilər".
O həmçinin Ermənistan rəhbərliyinin Azərbaycan liderindən qorxmasından da gileylənib: "Mən İlham Əliyevdən, onun hücumlarından qorxmayan normal bir liderimizin olmasını arzu edirəm. Onlar bu hücumları bizim üçün utancverici şəkildə, bütün dünyaya açıq formada etdilər. Erməni xalqı heç vaxt bu qədər alçaldılmayıb".
Sülhün bərqərar olması barədə verilən suala gəldikdə isə başqa ölkənin torpaqlarında öldürülmüş əsgərin atası vurğulayıb ki, "Mən belə bir sülhə inanmıram".
Tural
-
İqtisadi gündəm11:401 milyarddan çox insan gecəqondularda və ya qeyri-formal yerlərdə yaşayır
-
Ekologiya11:31Şahdağa qar yağır
-
Nida Xəbər 11:29Prezident Deryageldi Orazovu qəbul etdi
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı

































.jpg)



