Region
İran nəhayət təsdiqlədi: MAQATE əməkdaşları nüvə obyektlərində...
Keçən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mütəxəssislər qrupu İrana səfər edib və bu müddət ərzində bir neçə nüvə obyektini gəziblər. Ziyarət edilən obyektlər arasında Tehran Araşdırma Reaktoru da (TRR) olub.
Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Baqayi bəyan edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) prinsipləri üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir. O, MAQATE müfəttişlərinin ötən həftə Tehran Tədqiqat Reaktoruna səfər də daxil olmaqla bir sıra nüvə obyektlərində yoxlamalar apardıqlarını qeyd etməklə bunu təsdiqləyib.
Qeyd edək ki, MAQATE-nin direktoru Rafael Qrossi “Financial Times” qəzetinə müsahibəsində iyun ayında İran-İsrail münaqişəsi başa çatdıqdan sonra İranda təxminən on yoxlama apardığını bildirib. O, agentliyin mütəxəssislərinin ABŞ tərəfindən bombardman edilən Fordo, Natanz və İsfahandakı əsas nüvə obyektlərinə giriş imkanının verilməməsindən narahatlığını ifadə edib. Qrossi həmçinin 60%-ə qədər zənginləşdirilmiş uranın faktiki olaraq hamısının İranda qaldığını vurğulayıb və Tehranı tam əməkdaşlığı bərpa etməyə çağırıb.
Xatırladaq ki, bu ilin oktyabrında İranın xarici işlər naziri Abbas Əraqçi MAQATE ilə əməkdaşlığın dayandırıldığını bəyan edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının oxşar bəyanatlarından sonra verilən bu qərar BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa etmək qərarı ilə əsaslandırılıb.
Adəm
-
Sosial10:02Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
-
ABŞ09:32ABŞ İran əməliyyatı üçün hər saniyədə 11 min dollar xərcləyir
-
Avropa09:00Hörmüz boğazında əməliyyat keçirilə bilər - Almaniya gəmilər göndərir
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı





































