Region
“İran buna tam əmindir” - Pezeşkian çağırış etdi
Nə ABŞ, nə də İran Yaxın Şərqdə növbəti müharibədən qazanacaq və bu, bütün regionu gərginləşdirəcək.
Publika.az xəbər verir ki, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bunu misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığında bildirib.
"İran İslam Respublikası müharibəyə can atmayıb, can atmır, müharibənin İranın, ABŞ-nin və ya regionun maraqlarına uyğun olmayacağına tam əmindir", - o, qeyd edib.
Pezeşkian həmçinin ümid etdiyini bildirib ki, Vaşinqton Tehranı təhdid və güc yolu ilə danışıqlara məcbur etməyin mümkünsüzlüyünü anlayıb.
"İran İslam Respublikasının ərazisinə hər hansı təcavüz və ya hücumun qətiyyətli və səlahiyyətli cavabla qarşılanacağı aydındır, lakin İran diplomatik həllər axtarmağa davam edir", - o əlavə edib.
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA






































