Region
Paşinyan Ursula fon der Lyayenin yanında Moskvaya mesaj göndərdi: Yolumuz budur
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirdiyi brifinqdə ölkəsinin Rusiya ilə münasibətlərdə böhran yaratmaq niyyətində olmadığını bəyan edib.
Publika.az xəbər verir ki, Paşinyan Ermənistanın bütün addımlarının yalnız milli maraqlardan irəli gəldiyini vurğulayıb.
"Biz heç vaxt Rusiya ilə münasibətlərdə böhran yaratmaq məqsədi güdməmişik və bundan sonra da belə bir məqsədimiz olmayacaq", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan heç bir ölkənin maraqlarını təmin etmək naminə öz milli maraqlarından imtina etməyəcək. Bununla yanaşı, o, İrəvanın beynəlxalq tərəfdaşlarının maraqlarını da nəzərə aldığını bildirib.
Paşinyan eyni zamanda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursunun dəyişməz qaldığını vurğulayıb. O, bu prosesin dayandırılmasının gündəmdə olmadığını bildirərək, ölkəsinin Brüssel ilə əməkdaşlığı daha da dərinləşdirəcəyini təsdiqləyib.
Baş nazir daha əvvəl Ermənistan kənd təsərrüfatı məhsullarının Aİ bazarına çıxışı üçün prosedurların sadələşdiriləcəyini açıqlayıb. O, həmçinin Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda Brüsselin Ermənistan biznesinə dəstək məqsədilə 30 milyon avrodan çox vəsait ayırdığını xatırladıb.
Bundan başqa, Paşinyanın sözlərinə görə, Ermənistan, ixracı üçün "əsassız maneələr" yarandığı təqdirdə Avropa İttifaqı tərəfindən əlavə 50 milyon avroluq təcili yardım mexanizmi barədə də razılıq əldə olunub.
Müəllif: Adəm Abbaslı
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
































.jpg)


.jpg)
