Region
Türkiyədə sərnişin təyyarəsində bomba tapıldı? - Yeniləndi
Ankaradan Şanlıurfaya uçan “AJet” sərnişin təyyarəsində partlayıcı maddə olması barədə daxil olan məlumat təsdiqini tapmayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bomba zərərsizləşdirmə mütəxəssisləri və kinoloji qruplar təyyarənin salonu və yük bölməsində axtarış aparıb, lakin partlayıcı maddə aşkarlanmayıb.
Xatırladaq ki, hadisə ilə əlaqədar təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və göyərtədəki 136 sərnişinlə 7 heyət üzvü təxliyə olunub.
Yoxlamaların başa çatmasından sonra hava limanı fəaliyyətini bərpa edib.
***
Türkiyənin paytaxtı Ankaradan Şanlıurfa şəhərinə uçan “AJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddə olması barədə yazı aşkarlanıb.
Publika.az xəbər verir ki, hadisə “AJet”in 4180 saylı Ankara-Şanlıurfa reysində baş verib.
Məlumata görə, oktyabrın 5-də saat 19:00-da Ankaradan yola düşən təyyarədə partlayıcı maddə olması barədə yazının aşkarlanmasından sonra təhlükəsizlik tədbirləri görülüb.
Təyyarə saat 20:05-də Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib. Təyyarədə olan 136 sərnişin və 7 ekipaj üzvü – ümumilikdə 143 nəfər təhlükəsiz şəkildə təxliyə olunub.
Təxliyədən sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddənin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış aparmağa başlayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?








.jpg)








.jpg)



















