İstanbulda 15 yaşlı qız bir neçə şagirdi bıçaqladı
Bizi izləyin

Region

İstanbulda 15 yaşlı qız bir neçə şagirdi bıçaqladı

İstanbulda 15 yaşlı qız bir neçə şagirdi bıçaqladı

İstanbulun Başakşehir rayonunda məktəbdə şagirdlər arasında baş verən mübahisə zamanı ən azı 5 şagird bıçaq xəsarəti alıb.

Publika.az xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün saat 08:40 radələrində baş verib. Yaralanan şagirdlər xəstəxanaya yerləşdirilib.

“Yeni Şafak” qəzetinin məlumatına görə, başqa məktəbdə təhsil alan 15 yaşlı qız bir neçə şagirdə bıçaqla xəsarət yetirib. Hücum edən qız məktəbin mühafizəçisi tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm