Region
Gürcüstan Aİ sammitindən imtina etdi: Tbilisinin etirazı
Gürcüstan hökuməti Avropa İttifaqının (Aİ) genişlənmə məsələlərinə həsr olunan sammitində iştirak etməyəcək. Buna səbəb Tbilisinin tədbirə lazımi səviyyədə dəvət almamasıdır.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da Brüsseldə keçiriləcək sammitə Gürcüstanı təmsil etmək üçün yalnız ölkənin Aİ-dəki səfiri dəvət olunub. Rəsmi Tbilisi isə bunu lazımi səviyyəli dəvət hesab etmədiyindən, görüşdə iştirak etməmək qərarına gəlib.
XİN qeyd edib ki, Gürcüstan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa sadiqdir və müvafiq səviyyədə dəvət alacağı təqdirdə belə görüşlərdə iştirak etməyə hazırdır.
Qeyd edək ki, “Geniş Avropa - güclü Avropa” şüarı altında keçiriləcək forumun təşkilatçısı Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosdur.
Müəllif: Adəm
-
Nida Xəbər 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı
-
Nida Xəbər 14:48Neçə Milli Qəhrəmanımız sağdır? - SİYAHI
-
MDB14:12Gürcüstan Rusiya ilə barışır: Yaxın günlərdə görüş olacaq
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi












.jpg)

.jpg)























