"Turkish Cargo"nun da təyyarəsi İrəvanda - İlk reys həyata keçirildi
Bizi izləyin

Region

"Turkish Cargo"nun da təyyarəsi İrəvanda - İlk reys həyata keçirildi

"Turkish Cargo"nun da təyyarəsi İrəvanda - İlk reys həyata keçirildi

Türkiyənin milli aviaşirkəti olan "Turkish Cargo" şirkəti noyabrın 15-də İstanbul-İrəvan-İstanbul marşrutu üzrə ilk müntəzəm yük reysini həyata keçirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, Aviasiya və hava nəqliyyatı sektorunu əhatə edən ixtisaslaşmış xəbər platforması olan "Aeroportist" qeyd edib ki, regional idarəetmə və əməliyyat qrupu tərəfindən əlaqələndirilən bu xüsusi uçuş iki ölkə arasında səmərəli və etibarlı yük daşınmasını təmin etmək, eyni zamanda şirkətin qlobal logistika şəbəkəsini genişləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, 2026-cı ilin mart ayından etibarən Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm