Alzheimerin diaqnostikasında yeni ümid: Xəstəlik illər əvvəl üzə çıxa bilər
Bizi izləyin

Səhiyyə

Alzheimerin diaqnostikasında yeni ümid: Xəstəlik illər əvvəl üzə çıxa bilər

Alzheimerin diaqnostikasında yeni ümid: Xəstəlik illər əvvəl üzə çıxa bilər

Cons Hopkins Universitetinin alimləri Alzheimer xəstəliyinin erkən mərhələləri ilə bağlı mühüm nəticəyə gəliblər.

Publika.az xəbər verir ki, araşdırmaya görə, beynin entorinal korteks və amiqdala nahiyələri xəstəliyin klinik simptomları ortaya çıxmazdan xeyli əvvəl kiçilməyə başlayır.

Tədqiqat çərçivəsində alimlər müxtəlif xəstəlik mərhələlərində olan iştirakçıların yüzlərlə MRT və PET görüntüsünü təhlil ediblər. Nəticələr hər iki beyin nahiyəsində həcm itkisinin hipokampla müqayisədə daha erkən başladığını göstərib.

Məlum olub ki, xatirələrin yada salınmasında iştirak edən entorinal korteks və emosional yaddaşla əlaqəli amiqdalada boz maddənin azalması tau zülalındakı dəyişikliklərlə də əlaqəlidir.

Tədqiqatın müəlliflərindən Maykl Millerin sözlərinə görə, beyindəki bu dəyişikliklər xəstəliyin ilk klinik əlamətlərindən 5-10 il əvvəl müşahidə oluna bilər. Alimlər hesab edirlər ki, həmin nahiyələrin həcminin ölçülməsi Alzheimer riski yüksək olan şəxslərin daha erkən müəyyənləşdirilməsinə və müalicəyə vaxtında başlanmasına kömək edə bilər.

Qeyd edək ki, tədqiqat “NeuroImage Reports” jurnalında dərc olunub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm