Rəsmi xronika
Prezidentin layiq görüldüyü ALİ MÜKAFAT - - FOTO
Xəbər verildiyimiz kimi, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib və mükafatlar təqdim olunub.
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliya Respublikasının ən ali dövlət mükafatı hesab olunur. İtaliyanın “Xidmətlərinə görə” ordeni əhəmiyyətinə görə ikincidir.
Ümumilikdə, ordenin 6 dərəcəsi var: “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce decorato di gran cordone), “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni (cavaliere di gran croce), Böyük zabit (grande ufficiale), Komandor (commendatore), Zabit (ufficiale), Kavaler (cavaliere).

Ordenin rəhbəri İtaliya Prezidentidir. O, Ordenin Kansleri və daha 16 nəfərin daxil olduğu Ordenin Şurasına rəhbərlik edir.
Böyük Xaç Kavaleri Ordeni 1951-ci ildə təsis olunub. Orden iqtisadiyyat, ictimai və humanitar fəaliyyət, xeyriyyəçilik, ədəbiyyat, incəsənət və digər sahələrdə xalq qarşısında mühüm xidmətlərə görə verilir.
İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni ilə dövlət və hökumət başçıları, dünya səviyyəli ictimai-siyasi xadimlər təltif olunublar. Onların arasında Çexiyanın birinci prezidenti Vatslav Havel, Almaniyanın keçmiş Kansleri Helmut Kol, Böyük Britaniya Kraliçası ll Yelizaveta, Fransanın sabiq prezidentləri Jiskar Desten, Fransua Mitteran və Jak Şirak, Belçikanın sabiq Kralı ll Albert, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül və digər görkəmli şəxslər var.
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial2 İyul 18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 2 İyul 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır




















.jpg)

















