Rəsmi xronika
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavinini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötən dövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını dedi. Krasimir Karakaçanov bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər əldə edilib və o, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı. Ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirən dövlətimizin başçısı yüksək səviyyəli səfərlərin bu işdə rolunu qeyd etdi. Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirdi.
Görüşdə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətinə toxunuldu, Krasimir Karakaçanovun bu tədbirdə iştirakı ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi kimi dəyərləndirildi, onun Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 27 Noyabr 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi














.jpg)




















