Rəsmi xronika
İlham Əliyev MDBMİ-ni təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) (MDBMİ) yubiley münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDBMİ-nin 75 illiyi münasibətilə təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.
Məktubda deyilir: “Hörmətli Anatoli Vasilyeviç, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlərin İnstitutunun (Universitetinin) 75 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Diplomatik kadrların unikal ocağı olan MDBMİ böyük və şanlı yol keçib. Bu gün MDBMİ haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır və həqiqətən də dünya əhəmiyyətli nüfuzlu təhsil ocaqlarından biridir.
Onun divarları arasından dövlət və ictimai xadimlərin, siyasətçi, alim, yüksəkixtisaslı mütəxəssislərin parlaq pleyadası çıxıb. Təhsil illərində əldə edilən dərin biliklər, geniş dünyagörüşü, peşə bacarığı və vərdişləri MDBMİ məzunlarının təkcə öz vətənində deyil, həm də bütün dünyada hörmət və nüfuz sahibi olmalarına imkan verir.
Mənə çox xoşdur ki, MDBMİ mənim üçün də alma-materdir. Mən tələbəlik illərimi həmişə xüsusi minnətdarlıq və səmimiyyətlə xatırlayıram və MDBMİ-nin məzunu adını qürurla daşıyıram.
Əminəm ki, tədris prosesinin yüksək səviyyədə təşkili və pedaqoji heyətin təcrübəsi sayəsində MDBMİ müasir dünyanın tələblərinə cavab verən kadrların hazırlanması üçün öz sarsılmaz ənənələrinə bundan sonra da sadiq qalacaq.
Hörmətli Anatoli Vasilyeviç, Sizə, MDBMİ-nin bütün müəllim və tələbələrinə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvəffəqiyyət arzu edirəm və ən xoş arzularımı yetirirəm”.
MDBMİ-nin rektoru Anatoli Torkunov jurnalistlərə müsahibəsində vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini yüksək qiymətləndirir. O deyib: “Azərbaycan Prezidentinin təbrik sözləri bizim üçün hədiyyədir. Çoxumuz onu şəxsən tanıyırıq. Onu gözəl insan kimi tanıyırıq. O, nəinki burada təhsil alıb, həm də 5 il MDBMİ-də işləyib. Biz onun səmimi münasibətini qoruyub saxlamasını və universiteti daim xatırlamasını yüksək qiymətləndiririk. Ümumi yubileyimiz münasibətilə ona xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm!”
Səfir P.Bülbüloğlu təntənəli tədbirdə MDBMİ-nin rektoru Anatoli Torkunova “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi” medalını da təqdim edib.
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki



























.jpg)
.jpg)





