Rəsmi xronika
İlham Əliyevdən nazirə vacib göstəriş: Təhlil aparın və məlumat verin
Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib.
"Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin", Prezident vurğulayıb.
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər7 İyun 16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi






.jpg)






























