Rəsmi xronika
İlham Əliyev Davosda ikitərəfli görüşlər keçirdi - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı məsələləri müzakirə olundu, neft-qaz sektorunda əməkdaşlıq imkanlarının araşdırılması, həmçinin regionda və dünyada mövcud geosiyasi vəziyyət haqqında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bu ilin iyun ayında Tallində keçiriləcək Üç Dəniz Təşəbbüsündə Azərbaycanın da iştirak etməsinin əhəmiyyəti vurğulanıb, Vışeqrad Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Bundan başqa yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb. Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verib.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim edib.
Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.
Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)




















.jpg)

.jpg)
