Rəsmi xronika
İlham Əliyev Həştərxanın qubernatorunu qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.azxəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirildi.
Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit, gəmiqayırma, limanlararası əlaqələr sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Bakıda Həştərxan İş Mərkəzinin, Həştərxanda isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Azərbaycan İş Mərkəzinin fəaliyyət göstərməsinin önəmi qeyd olundu.
Görüşdə humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunuldu, Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi mühüm layihələr məmnunluqla xatırlandı. Həştərxanda 10 ildən çoxdur ki, fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin humanitar sahədə əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulandı.
Söhbət zamanı İqor Babuşkinin səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
xxx
17:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO














.jpg)


















