Rəsmi xronika
Rumen Rudev Azərbaycan Prezidentini təbrik edib
Bolqarıstan Respublikasının Prezidenti Rumen Rudev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə deyilr:
Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bolqarıstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bolqarıstan Respublikası strateji tərəfdaşı olan Azərbaycan Respublikası ilə münasibətlərinə böyük önəm verir. Bunu son 30 ildə ölkələrimiz arasındakı intensiv və səmərəli dialoq da təsdiq edir.
Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında hər iki ölkənin gələcək inkişafına töhfə verəcək qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq üçün çox yaxşı imkanlar var. İnanıram ki, Sizin bu il Bolqarıstana səfər etməyinizlə bağlı dəvətim bizə yeni perspektivlər barədə müzakirələr aparmağa imkan verəcək.
Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





