Rəsmi xronika
İlham Əliyev Slovakiya Prezidenti ilə görüşdü - Yeniləndi
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Publika.az xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.
Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.
Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.
Slovakiya Prezidenti Azərbaycanın dövlət başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO




































