Rəsmi xronika
Onlar həmin bölgələrə nə qədər çox səfər etsələr... - İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev ölkə idmançılarının müntəzəm olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlər etdiyini deyib.
Publika.az xəbər veri ki, Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı qeyd edib ki, artıq orada 10 min insan yerləşib.
“Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq”.
Prezident qeyd edib ki, idman yarışları öz yerində, amma, eyni zamanda indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq.
“Həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”.
Prezident idman ictimaiyyətinə tövsiyə verib.
“Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi, - indi idman mütəxəssisləri bunu yaxşı bilirlər, - əsas amildir”.
-
Sosial12:07Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ
-
Dünya11:06Müharibə bitir? - Zelenski anons etdi: Artıq gələn həftə...
-
Dünya10:48Bu gün Floridada kritik görüş var: İrana hücum əmri veriləcək?
-
Dünya10:30Ukrayna müharibəsində iştirak edən eşşək “tərxis olundu”: Görün indi harada dincəlir - VİDEO
-
Nida Xəbər 10:12Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək?
-
Nida Xəbər 09:36MN əhaliyə müraciət etdi: “Təşvişə düşməyin”
-
Sağlamlıq09:00Təhlükəli qida kombinasiyaları müəyyən edildi - Görün nələr baş verir
-
Magazin106:16Əməkdar artist nəvəsinə Antalyada EV ALDI - FOTO






























.jpg)







