Rəsmi xronika
İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.
Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu qonağa görkəmli musiqiçinin bu evdə anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi barədə məlumat verib.
Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı olub.
Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə17 İyun 14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO












.jpg)




.jpg)




















