İdman
“Qarabağ” Lanqa ilə müqavilənin detallarını açıqladı
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.
Publika.az xəbər verir ki, mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 5 nömrəli formanı geyinəcək.
Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato Ağdam təmsilçisinə qoşulub.
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev
-
Rəsmi xronika11:09İlham Əliyev Mərakeş Kralını təbrik etdi
-
İdman10:54Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi - FOTO
















.jpg)

.jpg)





.jpg)










