Rəsmi xronika
İlham Əliyev və Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.
Publika.az xəbər verir ki, qonağa böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaqdan ibarət kompleksin Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunduğu barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib.
2023-cü il mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər. Bərpa işlərindən sonra malikanə kompleksində muzey ekspozisiyası da qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilib.
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika17 İyun 15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə17 İyun 14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO












.jpg)




.jpg)




















