Rəsmi xronika
Matviyenko da Mehriban Əliyevanı təbrik etdi
Rusiyanın Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Publika.az sözügedən məktubun mətnini təqdim edir:
“Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Rusiya Federasiyasında Sizi Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda böyük nüfuza malik təcrübəli və müdrik rəhbər, istedadlı təşkilatçı kimi tanıyırlar.
Səmimiyyət və mehribanlıq şəraitində keçən görüşlərimizi məmnuniyyətlə və dərin minnətdarlıq hissi ilə xatırlayıram. Ümidvaram ki, biz gələcəkdə də qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələrinin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf yollarını açıq şəkildə müzakirə etmək, ölkələrimizin maraqlarına cavab verən layihələrin reallaşdırılmasına kömək göstərmək imkanına malik olacağıq.
Bu əlamətdar gündə Sizin tükənməz həyat enerjinizə və həqiqətən də müstəsna cazibənizə, həmçinin məsul dövləti vəzifənizdə uğurlu fəaliyyətinizə və qayğıkeş, mehriban həyat yoldaşı və ana rolunu vəhdətdə yaşatmaq bacarığınıza ehtiramımı bildirmək istərdim.
Əziz Mehriban xanım! İcazə verin, Sizə dünyanın bütün nemətlərini, möhkəm cansağlığı, uğurlar və yaxınlarınızın dəstəyini arzulayım. Qoy, doğmalarınız Sizi ruhlandıraraq və qoruyaraq həmişə yanınızda olsunlar, evinizdə harmoniya, sevgi və xoşbəxtlik hökm sürsün. Hər yeni gün sizə sevinc, nur, insanlar və ölkəniz naminə gördüyünüz bütün işlərdə dərin məmnunluq hissi gətirsin.
Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.
Qeyd edək ki, avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin də Mehriban Əliyevaya təbrik məktubu ünvanlamışdı.
-
Cənubi Qafqaz16:18Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia
-
Rəsmi xronika15:25İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:46Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş
-
Dünya14:16Azərbaycanlıların öldüyü gəmini onlar vurub
-
Region13:45Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir
-
Sosial13:27XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qarabağ 12:12Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı
-
Sosial11:56Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər






































