Sağlamlıq
Millət vəkilindən xəbərdarlıq: “Buna Səhiyyə Nazirliyi razılıq verməyib”
Son vaxtlar telekanallarda dərman vasitələri və klinikalarla bağlı Səhiyyə Nazirliyinin razılığı olmayan reklamlara rast gəlirik. Bu reklamların mətnlərinə baxanda onların Səhiyyə Nazirliyilə razılaşdırılmış olmaları inandırıcı görünmür.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
O, bu məsələdə aidiyyatı qurumları daha diqqətli olmağa çağırıb:
“Bəzən telekanallarda “ölkənin bir nömrəli klinikası bizim sponsorumuzdur” kimi ifadələr eşidirik. Klinikaları heç kim nömrələməyib, heç kim hansısa klinikaya ən qabaqcıl statusu verməyib. Bu doğru deyil və vətəndaşı aldatmaq niyyəti güdür. Şübhəsiz ki, bu reklam Səhiyyə Nazirliyilə razılaşdırılmayıb. Əks təqdirdə heç vaxt “ölkənin bir nömrəli klinikası” ifadəsini işlətməzlər”.
Onun sözlərinə görə, dərman olmayan bioloji aktiv maddələri də dərman adı ilə reklam edirlər:
“Telekanallarda bu hallara da bəzən rast gəlirik. Çox güman ki,
bunlar da Səhiyyə Naziliyilə razılaşdırmadan efirə verilir. Yaxşı
olardı ki, Milli Televiziya və Radio Şurası, həmçinin Səhiyyə
Nazirliyi bu məsələyə diqqəti artırsın”.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən
dəyişikliyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan
buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika,
müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodları
reklam oluna bilər.
Gülxar
-
Nida Xəbər 13:21Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin212:54Məşhur aktyor 4-cü dəfə ata oldu - FOTO
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı



































.png)




