Sağlamlıq
Ürəyi qoruyur, ağrını götürür... - Orqazmın 8 FAYDASI
Sekslə məşğul olmaq və orqazma çatmaq bədənin qan dövranını nizamlayır, insanı gümrah saxlayır. Eyni formada vaginal bölgədəki maddələr mübadiləsinin də aktiv və sağlam olmasını təmin edir. Qan dövranını tənzimləməklə yanaşı orqazm olmağın bir çox faydası var. Publika.az onları sadalayır.
Ürəyə faydalıdır
Orqazm olmaq ürək-damar məşqi kimi də qiymətləndirilə bilər. Mütəxəssislər orqazm olan zaman nəbzin və qan təzyiqinin yüksəldiyini, tənəffüs sürətinin artdığını deyirlər. Bir çox psixoloji faydaları ilə birgə, bədən endorfin ifraz edir. Bu, rahatlanmanın möcüzəvi bir yoludur.
Əhvalı yüksəldir
Əhvalınız yoxdur və özünüzü xoşbəxt hiss etmirsiniz? Bəlkə də tək ehtiyacınız olan orqazmdır. Bununla yanaşı, orqazm olarkəna endorfin, dopamin və oksitosin ifraz olunur. Bu üç hormon əhvala müsbət təsir edir. Əslində, dopamin narkotik maddə istifadə etdikdə və ya çox ləzzətli bir şey yedikdə ifraz olunan hormondur.
Yatmağa kömək olur
Zövq almaq uzun və rahat bir gecə yuxusu almağa kömək edə bilər. 1800 qadın arasında aparılan araşdırmalardan biri sübut edib ki, qadınların 30%-i cinsi rahatlığı sakitləşdirici hesab edir.
Beyni sağlam saxlayır
Orqazm olmaq yalnız ürəyi yox, beyni də işlədir. Tədqiqatçılar orqazm yaşayan qadının beyninin normaldan daha çox oksigenlə qidalandığını təsbit ediblər.
Təbii ağrıkəsicidir
Mütəxəssislər ağrıları aradan qaldırmaq, xüsusilə də, miqren və menstruasiya sancılarına qarşı orqazmı tövsiyə edirlər. Onlar orqazm zamanı sıxılmaların menstruasiya dövrlərində müvəqqəti rahatlıq yarada biləcəyini deyirlər.
Stressi azaldır
Çox insanın həyatı rahatlıqdan uzaqdır. Bu həyatı yaşayan cütlüklərə cinsi boşalma istirahət ola bilər. Yalnız hormonlar yolu ilə deyil, beynimizin də fasilə verərək gündəlik həyat qayğılarından başqa bir yerə fokuslanması insanı stressdən uzaqlaşdıra bilər.
Gözləriniz parlayar
Yalnız ruhi qida kimi anlamayın. Cinsi əlaqədən sonra ifraz olunan DHEA (dehydroepiandrosteron) hormonu dərini fizioloji olaraq gözəlləşdirir.
Emosional sağlamlığı təmin edir
Orqazm olmaq özünə inam hissini, emosional güvən və romantik zəkanı yüksəldir. Mütəxəssislər bildirirlər ki, bədənin necə fəaliyyət göstərməsi və tərəf müqabilinizdən necə zövq almağınız münasibətləriniz haqqında düzgün qərara verməyə kömək edir.
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı



































