Sağlamlıq
Mədədə yanma hissini azaldan qidalar
Mədə yanması - mədə turşusunun yemək borusuna doğru qaçması nəticəsində yemək borusundan qırtlağa doğru yönələn yanma, turşuluq hissidir. Əslində mədənin deyil, yemək borusunun və qırtlağın yanmasıdır. Bəzi insanlar hər gün, bəziləri də ayda bir neçə dəfə bu problemi yaşayarlar. İnsanların təxminən 30-40 %-i mədə yanmasından şikayət edir. Yanğı hissi yeyilən qidaların növü və mədənin nə qədər dolu olduğu ilə sıx bağlıdır.
Publika.az xəbər verir ki, süd, sodalı su, çobanyastığı çayı, zəncəfilli su və hər gün bir qaşıq darçınlı bal yanğı hissini aradan qaldıran təbii vasitəlidir.
Bir-iki qurtum süd

Bir-iki qurtum süd mədə yanmasını aradan qaldırır. Laktoza intoleransı olanlar üçün laktozasız süd içmək məsləhətdir. Xorası olanlara da çoxlu süd içmək olmaz, bir-iki qurtum kifayətdir.
Sodalı su

Bir su stəkanı su ilə bir çay qaşığı karbonatı qarışdırıb için. Bu, mədədə xlorid turşusunun təsirini azaldaraq yanma hissini sürətlə azaldacaq.
Çobanyastığı çayı və biyan kökü

Yemək yedikdən dərhal sonra çobanyastığı və biyan kökü çayı içmək turşuluğun yaranmasının qarşısını alaraq mədədə yanma hissini aradan qaldırır. Kəklikotu çayı isə həzmi asanlaşdıraraq mədəni rahatlaşdırır.
Zəncəfilli bal və ya zəncəfil çayı

Bir çay qaşığı balı təzə ya da toz halında bir çay qaşığı zəncəfillə qarışdırıb udun. Ya da bir stəkan isti suya zəncəfil və bal qarışdıraraq için.
Saqqız çeynəyin

Yeməkdən sonra yarrım sat şəkərsiz saqqız mədə turşusunun təsirini azaldaraq həzmi rahatlaşdırır.
Hər gün bir qaşıq darçınlı bal

Mədə turşusu və xora üçün ənənəvi olaraq istifadə edilən balı az darçınla qarışdıraraq udun. Bu, mədəni sakitləşdirəcək.
Banan və qovun yeyin

Aparılan araşdırmalarda məlum olub ki, banan və qovun da mədə yanmasının təsirini azaldır.
Mədə masajı edin, ya da yürüşə çıxın

Mədə yanması qazla bağlıdırsa, belinizi dik tutub oturun və mədəni dairəvi hərəkətlərlə masaj edin. Ya da yürüş edərək mədə yanmasını sakitləşdirə bilərsiniz.
Aytən
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür















.jpg)





















