Sağlamlıq
Azərbaycanda onların sayı 1 milyona qədərdir - STATİSTİKA
Eşitmə azlığı dünyada geniş yayılmış problemlərdən biridir. Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən, planetin əhalisinin təxminən 12-16 faizi - 275 milyondan çox insan bu və ya digər dərəcədə eşitmə azlığından əziyyət çəkir. Dünyada hər 1000 körpədən 1-2-si eşitmə problemi ilə doğulur. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməyib. Azərbaycanda eşitmə problemi olan insanların sayı 1 milyona qədərdir.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.
Şöbə müdiri deyib ki, eşitmə anadangəlmə olmadıqda lal-karlığa səbəb olur. Qulağın xroniki infeksiyaları - məxmərək, qızılca, parotit, meningit xəstəlikləri, həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli amilləri eşitmə qabiliyyətinin itirilməsinin və ağıreşitmənin əsas səbəbləri hesab edilir.
Eşitmə problemlərindən biri olan neyrosensor ağıreşitmə daxili qulaq və ya mərkəzi sinir mənşəli eşitmənin azlığıdır. Əgər yaşlı adamlarda yaşla əlaqədar neyrosensor ağıreşitməyə rast gəlinirsə, uşaqlarda, gənclərdə xəstəliyin yaranmasında səbəb burun ətinin mövcudluğu, müəyyən antibiotiklər, qulaqcılardan hədsiz istifadə, qohum nikahlarıdır.

Şöbə müdiri bildirib ki, neyrosensor ağıreşitmənin müxtəlif dərəcələri var: “Xəstəlik ən yüngül dərəcədən ən ağır formaya kimi müşahidə edilə bilər. Təəssüf ki xəstəliyin dərman müalicəsi yoxdur. Əgər eşitmənin dərəcəsi yüngüldürsə, yəni, 2-3-cü dərəcədədirsə, bu zaman ən yaxşı üsul eşitmə cihazlarının təyin olunmasıdır. On beş il əvvəl Azərbaycanda eşitmə cihazlarından istifadəyə az rast gəlinirdisə, hazırda zamanla bunun tam əksini görməkdəyik. Yaşı 70-dən çox olan insanların yarıdan çoxu isə bu və ya digər ağırlıqda eşitmə azlığından əziyyət çəkir.
Xəstəliyin dərəcəsi ağır olduqda isə koxlear implantasiya əməliyyatı icra edilir. Əməliyyat nəticəsində xəstənin eşitməsi bərpa olunur”.
M.Şıxəliyev bildirib ki, eşitmənin keyfiyyətini test üsulu ilə xüsusi kabinələrdə yoxlayırlar. Bu zaman səs aparatlarından istifadə edilir və hər qulağa müxtəlif səslər verilir. Pasiyentin səsi eşidib-eşitməməsinə görə xəstəliyin dərəcəsi müəyyən edilir.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı












.jpg)















.jpg)



.jpg)

