Sağlamlıq
Alimlər uşaqların sağlamlığı üçün vacib faktı açıqladı
Əgər uşaq yerə düşən konfeti götürüb ağzına qoyursa, əllərini yumamış yemək yeyirsə və ya şüşədən su içirsə, sakitləşin, təşvişə düşməyə dəyməz. Alimlər uşaqların sağlamlığı üçün palçıq oyunlarının əhəmiyyətindən danışıb. Bu araşdırma “New England Journal of Medicine” jurnalında dərc edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çikaqo Universitetinin mikrobioloqu və 2 uşaq atası Cek Gilbert iddia edir ki, kir və mikroblarla əlaqə uşaqların immunitetini gücləndirir. Gilbert və onun həmkarları mikrobların uşaqlara təsiri haqqında çox maraqlı bir həqiqəti üzə çıxarb.
Gilbert deyib ki, mikroblarla əlaqə çox faydalıdır:
“Məsələn, əmzik yerə düşübsə və siz onu yerdən götürüb yenidən uşağa verirsinizsə, bu, onun immun sistemini stimullaşdırır. Onun güclü immuniteti olacaq. "Qrip və ya soyuqdəymə epidemiyasında əlləri yuyunmaq məcburiyyətlidir, ancaq oyun zamanı itin uşağın üzünü yalamasında heç bir problm yoxdur. Bu, hətta faydalı ola bilər".
Palçığın faydaları nədir?
Gilbertin fikrincə, bədəndəki infeksiyalara qarşı mübarizə aparan neytrofil hüceyrələri heç bir kirlə təmasda olmadığı zaman "tənbəl və iltihablı" olur. Ən azı mikroblar olmadığı zaman hüceyrələr bacarıqlarını itirir. Və sonradan orqanizmə infeksiya düşəndə bu, "partlayıcı iltihabi proseslərlə" dönür.
"Məhz bu, astma, ekzema və tez-tez qida allergiyasına səbəb olur" , - deyə Gilbert əlavə edib.
Gilbertin anaları narahat edən suallarına cavabları belədir:
Uşaqların əllərini antiseptiklə yumaq lazımdır?
Çox hallarda sabunlu isti su kifayətdir.
Yerdə 5 saniyədən çox qalmış yeməyi uşağa vermək olar?
Mikrobların qidaya hopması bir saniyədən də az çəkir. Odur ki, burada döşəmənin təmiz olub-olması sualı ortaya çıxır. Bir çox evlərdə döşəmə narahat olmamaq üçün kifayət qədər təmizdir.
Yerə düşmüş əmziyi yumaq və ya sormaq lazımdır?
Uşaq ləvazimatlarını qaytmaqdan yorulan analara şad xəbər var. 300,000-dən çox uşağın üzərində aparılan tədqiqatın nəticələrinə əsasən çirkli əmzikləri yalayan anaların uşaqlarında astma, allergiya və ekzema xəstəliyi nadir hallarda rast gəlinir. Gilbert sonda qeyd edib ki, bu uşaqlar daha sağlam və daha gümrah olub.
Aytən Məftun
-
Dünya18:24Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq
-
ABŞ17:35İran nüvə ambisiyalarından imtina etmək istəmir! - Tramp
-
Nəqliyyat17:18Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
MDB16:41Putin və Pezeşkian telefonla müzakirələr apardılar
-
Sağlamlıq15:59Bu qidalar dəridə tünd ləkələrə səbəb olurmuş
-
ABŞ15:49Kanadanın Baş naziri ABŞ əleyhinə elə sözlər dedi ki...
-
İdman15:40İslam Maxaçevi qarət etdilər - Fotolar
-
Sosial14:23Alyona Əliyevadan Pasxa bayramı ilə bağlı paylaşım - Foto
















.jpg)

.jpg)


















