Sağlamlıq
Çay, ispanaq və qırmızı şərab haqqında BİLMƏDİYİNİZ FAKTLAR
Bəzi məhsullar faydalı olmasına baxmayaraq, artıq çəkiyə səbəb olur.
Publika.az oxucuları köklüyə səbəb olan faydalı məhsullarla tanış edib.
Qırmızı şərab
Əsl qırmızı şərab çox faydalıdır. Tərkibindəki yüksək resveratrol sayəsində ürək-damar və soyuqdəymə xəstəliklərinin yaranma ehtimalını aşağı salır. Ancaq şərab qədəhləri bir qayda olaraq çox böyükdür və bu, dozanın miqdarına nəzarəti çətinləşdirir. Gündəlik 150 ml şərab içmək yolveriləndir və təxminən 100-130 kalori edir.
Qəribə səslənsə də, şərab içərkən kiçik ölçülü qədəhlər istifadə etməlisiniz. Bu, aşırı kalori qəbulunun qarşısını alacaq. Bəzi araşdırmaçılar iddia edir ki, spirtli içki insanları əlavə 380 kalori qəbul etməsinə səbəb olub. Əgər həftədə 3 dəfə alkoqol qəbul edirsinizsə, o halda gələcəkdə əlavə 8 kq kökəlmək ehtimalını artırırsınız.
Gavalı qurusu
Qara gavalı qurusu və digər meyvə quruları faydalı olsa da, çox yeyildikdə, piylənmənin əla sürətləndiricisi ola bilər. 4-5 meyvə qurusu 3 qram lif ehtiva edir. Dünya şöhrətli qidalanma mütəxəssisi Rebekka Skritçfildin sözlərinə görə, bu maddənin yarısı həzm edilmir. Toxluq hissi verən lifin bir hissəsi xolesterini azaldır və qanda şəkərin səviyyələrini tənzimləyir.
Gavalı qurusu eyni zamanda xəstəliklərin qarşısını alan polifenol və digər faydalı maddələr ehtiva edir. Amma məsələ o qədər də sadə deyil: bir fincan meyvə qurusuna eyni miqdarda təzə meyvələrdən daha çox kaloli və şəkər daxildir. Odur ki, gavalı qurusu qarnir və çərəz kimi yox, müstəqil qəlyanaltı kimi olaraq düşünülməlidir.
İspanaq
İspanaq ən məşhur pestisid məhsullarından biri sayılır. Bu yaşıl yarpaq sərbəst radikallarla mübarizə aparan antioksidantlarla doludur. İspanaq eyni zamanda bitkimənşəli dəmir və kalsiumun ən yaxşı mənbələrindən biridir. Bu məhsul probiotiklərin mükəmməl dozasını təmin edir və bağırsağın qorunmasına kömək edir.
Ekoloji işçi qrupunun aparıdığı araşdırma nəticəsində məlum olub ki, 97% inspanaq nümunələrində pestisidlərin qalıqları var. 2010-cu ildə aparılan bu araşdırma pestisidlərin istehlakı ilə bədən çəkisinin indeksi arasında əlaqə olduğunu göstərib.
Çiyələk
Həm ənənəvi, həm də parnik çiyələyi antioksidan birləşmələrdən parlaq qırmızı rəng əldə edir. Onlar həmçinin antisianin adlanır. Onlar iltihabı azaltmağa kömək edir, ürək-damar xəstəlikləri və xərçəng riskini azaldır. Ancaq parnik çiyələklərinin mənfi bir cəhəti var, onlar metabolizmin zəifləməsinə səbəb ola biləcək pestisidlərlə örtülür və kilo verməyi çətinləşdirir.
2018-ci ildə Ekoloji işçi qrupunun hazırladığı reytinqdə çiyələk ən çirkli meyvə kimi qərarlaşmışdı. Odur ki, bu vəziyyətdən ən yaxşı çıxış yolu təbii şəkildə yetişdirilən məhsullara üstünlük vermək olar. Onlarda pestisid qalıqları olsa da, daha xeyirlidir.
Çay
Çay çox faydalı içkidir. Onun tərkibində kaxetin, qallat epiqallokatexina və polifenol kimi antioksidantlar var. Bu maddələr metabolizmi sürətləndirməyə kömək edir, yeni piyli hüceyrələrin yaranmasını bloklayırlar, hətta qocalma prosesini ləngidirlər. Amma istənilən çay belə faydalı deyil.
Restoran və kafelərdə təklif edilən çaylarda antioksidantlar azdır, yanında isə qənnadı məhsulları olur. Bu zaman siz çay yox, sadəcə şirin su içirsiniz. Belə olan halda bu içkinin faydası sual altına düşür. Məlum olduğu kimi, şəkərin çox qəbulu artıq çəkiyə gətirib çıxarır. Odur ki, çayı evdə dəmləyib içmək daha faydalıdır.
Bu siyahı köklüyə səbəb olan faydalı məhsulların ancaq bir hissəsidir. İlk baxışda onlar faydalı görünür, amma görünməyən bəzi nüansları da unutmaq olmaz.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...