Sağlamlıq
Bir insan həyat yoldaşını aldatmaq istəyirsə... - Tanınmış həkimdən İNANILMAZ AÇIQLAMA
Tədqiqatlara görə, patoloji qısqanclığın başqa bir səbəbi cinsi həyatda yaşanan problemlərlə əlaqəli ola bilər. Kişilərdə erektil disfunksiya, qadınlarda cinsi disfunksiya patoloji qısqanclığın əsas səbəbləri ola bilər.
Publika.az xəbər verir ki, bu barədə tanınmış fleboloq cərrah İsmayıl Əsgərov məlumat verib. Öz sahəsi ilə yanaşı, digər tibbi faktları araşdırmağı sevən həkim patoloji qısqanclıq, başqa sözlə, Otello sindromunun zərərlərini izah edib:
“Xəstəliyin əsas özəlliyi budur: normal qısqanclıqda əlində olan bir adamı itirmək qorxusu varsa, Otello sindromunda “Məndə yoxdursa, onda da olmasın” düşüncəsi hakim kəsilir. Belə qısqanclığın mənbəyində adətən köklü problemlər dayanır. Bir insanın həyat yoldaşını aldatmaq üçün şüuraltı istəyi varsa, bu fikirdən qurtulmaq üçün digər insanı günahlandıra bilər. Əgər insan uşaqlıqda kifayət qədər sevgi görməyibsə, o, irəliləyən yaşlarda sevilməyə layiq olmadığını düşünür və yanında olan insanın həyatı üzərində nəzarəti qurmağa çalışır. Müalicə edilməzsə, paranoid şizofreniyaya keçə bilər. Tədqiqatlara görə, patoloji qısqanclığın başqa bir səbəbi cinsi həyatda yaşanan problemlərlə əlaqəli ola bilər. Kişilərdə erektil disfunksiya, qadınlarda cinsi disfunksiya patoloji qısqanclığın əsas səbəbləri kimi göstərilir”.
İsmayıl Əsgərov risk amillərini belə sıralayıb:

-Alkoqol və dərmanlar
- Cinsi funksiyanın azalması
- Manik-depressiv hallar
- Şizofreniya
- Beyin şişi
- Əlillik
- Endokrin xəstəliklər və s.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)