Sağlamlıq
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
Video əlavə olunub.
xxx
ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin alimləri İndoneziyanın Manado bölgəsində yaşayan dəniz süngərlərindən əldə edilmiş maddənin uşaqlıq boynu xərçəng hüceyrələrinin böyüməsini dayandıra biləcəyini müəyyən edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər “Medical Xpress”ə verdiyi açıqlamada xərçəngin yeni təbii müalicə üsulunun tapıldığını bildirib. Tədqiqatçılar manzamin A-nın xərçəng hüceyrələrinin böyüməsinə və məhv edilməsinə təsirini araşdırıb. Maddə neoplazmanın böyüməsini dayandırıb və bəzi hüceyrələrin ölümünə səbəb olub, lakin normal xərçəng olmayan hüceyrələrə eyni təsir göstərməyib. Manzamin A qapalı həyat tərzi sürən çoxhüceyrəli dəniz heyvanları tərəfindən ifraz olunur.
Məlum olub ki, manzamin A müxtəlif onkoloji xəstəliklərdə müşahidə olunan müəyyən zülalın yüksək səviyyədə ifraz olunmasını azaldır. Bu maddə məlum protein inhibitorlarına bənzər quruluşa malikdir, lakin onlardan onqat daha təsirli olur.
Gələcəkdə alimlər manzaminin heyvanlar üzərində təsirini sınamağı, həmçinin insanları əhatə edən klinik sınaqlar keçirməyi planlaşdırırlar.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)