Sağlamlıq
Koronavirusdan həmişəlik sağalmaq mümkündürmü? - Məşhur alim AÇIQLADI
Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu, tibb elmləri doktoru və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Avdeyevin sözlərinə görə, heç bir əlaməti olmayan COVID-19 xəstələrinin əksəriyyətində ağciyərlər ümumiyyətlə heç bir zərər görmür.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert xəstələrin çoxunun virusdan əbədi müalicə oluna bildiyini qeyd edib.
“Bəli, ağır sətəlcəmdən, xüsusilə də kəskin tənəffüs çətinliyi sindromundan sonra nəticələr həqiqətən də ciddi ola bilər. Bu süni nəfəs aparatının zəruri olduğu kəskin tənəffüs çatışmazlığıdır. Ancaq bir insanın xəstəliyi asimptomatik hala gəlibsə, bunun nəticələri barədə demək çətindir ”, - deyə Avdeyev bildirib.
Əlavə edib ki, həkimlər və elm adamları bunlarla məşğul olmalı və lazımi müayinələr aparılmalıdır: “Lakin indi aydındır ki, koronavirusla uğurla mübarizə aparmaq mümkündür”.
Mütəxəssisin fikrincə, koronavirusdan sağalmaq mümkündür. O, “Sağalan insanların ağciyərlərində fəsadlar qalırmı?” sualına isə belə cavab verib:
“Açıqlamalar verməzdən əvvəl araşdırma aparmaq lazımdır. Bunu iddia edən “mütəxəssislərə” sözlərini təsdiqləyən bir növ eksperimental məlumatları və ya analiz nəticələrini təqdim etməyi məsləhət görərdim. Düşünürəm ki, bu gün heç kimdə belə nəticə yoxdur. Odur ki, COVID-19 infeksiyasından sonra ortaya çıxacaq bəzi ciddi nəticələr barədə danışmaq hələ tezdir”.
Həkim onu da vurğulayıb ki, bu günə qədər bunu sübut edilmiş faktlar deyil, fərziyyə və əsassız iddialar adlandırmaq olar. Sətəlcəm də daxil olmaqla hər hansı ciddi xəstəlikdən sonra kəskin nəticələr ola bilər.
“Kəskin tənəffüs çatışmazlığı ağciyərlərin süni havalandırılmasını tələb edən ciddi ağciyər zədələnməsinə səbəb ola bilər” deyən ekspert bunun əksər hallarda uğurla müalicə olunduğunu xatırladıb.
Aytən Məftun
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


