Sağlamlıq
COVID-19-un peyvəndi tapılmasa nələr olacaq? - Mütəxəssislər FƏLAKƏT SSENARİLƏRİNİ açıqlayır
Dünya ölkələri yüzminlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı peyvənd və ya dərman tapmaq üçün iqtisadiyyata böyük sərmayələr qoyur. Ümumdünya Səhiyyə Təşkilatı dünya miqyasında koronavirusa qarşı 83 peyvəndin hazırlandığını açıqlayıb. Bir çox beynəlxalq təşkilatlar hazırda dünyada 72 elmi qrupun peyvənd üzərində çalışdığını təsdiqləyir. ABŞ, Çin, Britaniya və bir çox Avropa ölkələri 8 peyvəndin insanlar üzərində kliniki sınaqlarına başlayıb. Oksford Universitetinin müəllifi olduğu peyvəndin isə iyun ayında hazır olacağı və ilk nəticələrin əldə edilməsindən sonra paylanacağı bildirilib. Bununla belə, peyvənd üçün açıqlanan tarixlər ehtimaldan o tərəfə keçə bilmir.
Publika.az xəbər verir ki, digər tərəfdən, koronavirusa qarşı peyvəndin heç tapılmayacağı ehtimalı da mövcuddur. QİÇS və SARS kimi ölümcül xəstəliklərə qarşı bu gün hələ də peyvənd yoxdur. Bəs COVID-19-a qarşı peyvənd tapılmasa, nə olacaq?
Peyvənd mütəxəssisləri bir peyvəndin istifadəyə hazır olması üçün 12-18 ay vaxt lazım olduğunu bildirir. Peyvənd hazır olsa belə, onun əks təsirlərinin kifayət qədər araşdırılmaması ağır nəticələr verə bilir.
Toplumlar hər an yeni karantinə hazır olmalıdır
Peyvəndin tapılmama ehtimalı qüvvədə qaldıqca, insanlar COVID-19-la birlikdə yaşamağı öyrənməlidir. CNN-in xəbərinə görə, peyvənd işləri dünya siyasətçilərinin xalqa nadir açıqladığı durumlardan biridir. Lakin bu ehtimal bir çox elm adamı tərəfindən çox ciddi qəbul edilir. Çünki günümüzdə hələ də QİÇS, SARS, Lassa qızdırması, MARS kimi bir çox ölümcül xəstəliyin peyvəndi tapılmayıb.
Mütəxəssislərin fikrincə, peyvəndin tapılmasına bel bağlamadan əvvəl şəhərlərin mərhələli şəkildə açılması və testlərin həyatın bir parçasına çevrilməsi lazımdır. Buna görə də şəhərlər yavaş-yavaş açılacaq, amma yeni pandemiya dalğasının ortaya çıxması təqdirində bir anda yenidən fərqli ölçülərdə karantin tədbirlərinin qüvvəyə minməsi ehtimalı həmişə olacaq.
COVID-19-a qarşı müxtəlif müalicə metodları təkmilləşdirilə bilər. Amma xəstəlik asimptomatik insanlar tərəfindən hər il təkrar ortaya çıxarıla bilər.
Virusla yaşamaq üçün toplum razılaşması çağırışı
Ümumdünya Səhiyyə Təşkilatının səfiri və London İmperial Kollecinin qlobal səhiyyə mütəxəssisi Devid Nabarro məsələ ilə bağlı açıqlamasında koronavirusa qarşı peyvəndin tapılması məsələsinə dair dəqiq fərziyyə irəli sürə bilmədiklərini deyib: “Bütün cəmiyyətlərin sabit təhdid olaraq koronavirusdan qorunduğu və kütləvi həyat ilə iqtisadi fəaliyyətlərin virus içimizdə ikən davam edə bildiyi bir pozisiya almaları həyati əhəmiyyətə sahibdir. Peyvəndin tapılmaması ehtimalına qarşı COVID-19 ilə birgə yaşamağa çalışmağımız qətiyyətlə vacibdir. Buna görə də yeni toplum razılığına ehtiyac var”.
Bütün bu iddialara rəğmən, bəzi elm adamları SARS-CoV-2-nin QİÇS və qızdırma kimi xəstəliklərdən fərqli olaraq, gec mutasiyaya uğradığını, buna görə də peyvənd tapılması ehtimalının yüksək olduğunu bildirir. ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fausi də daxil olmaqla, bir çox elm adamı peyvəndin 12-18 ay içində tapıla biləcəyindən əmindir. İngiltərə Baş Tibbi məmuru Kris Uitti və digər fiqurlar peyvəndin 1 ildə hazırlanacağına inanır.
Daha əvvəl 18 ay ərzində heç bir peyvənd tapılmayıb
Bir peyvənd tapılsa belə, bu zaman dilimlərindən hər hansı birində meyvəsi daha əvvəl əldə edilməmiş uğur olacaq. ABŞ Baylor Tibb Fakültəsi Milli Tropikal Tibb Məktəbinin dekanı Piter Hotez bildirir ki, tibb tarixində 1,5 ildən əvvəl peyvənd tapılmayıb: “Tapılsa, çox təəccüblənərəm. Bu, mümkünsüz olduğu anlamına gəlmir. Amma olduqca qeyri-adi uğur olacaq. Buna görə bizim A və B planına ehtiyacımız var”.
Kütləvi immun qazanmaq real deyil
Rota virusuna qarşı peyvənd hazırlayanlardan biri olan Offit bildirib ki, kütləvi immun qazanmaq infeksiya ilə deyil, onun peyvəndi ilə mövcud olmalıdır: “Toplumun əksər hissəsi xəstələnməsə belə, COVID-19-un təsirləri ağır olacaq. Qızılca buna mükəmməl nümunədir. Peyvənd kütləviləşmədən əvvəl ildə 2-3 milyon insan bu xəstəliyə yoluxurdu. Koronavirusda da bu durum yaşanır”.
Evdən işləmək normal hal olacaq
Mütəxəssislər qeyd edir ki, karantin tədbirləri iqtisadi və siyasi baxımdan daimi deyil. Pandemiyaya nəzarət etmək üçün başqa həll yollarına ehtiyac var. Bunlardan biri isə evdən işləməyin normallaşmasıdır. Peyvənd tapılmasa, xüsusilə “ağ yaxalılar” üçün uzaqdan işləmək standart olacaq.
Zümrüd Kərimova
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO